Xəbər lenti

Azərbaycan və Ermənistan prezidentləri görüşəcək
Siyasət13:41 19.03.2014

Azərbaycan və Ermənistan prezidentləri görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan və Ermənistan prezidentlərinin, həmçinin xarici işlər nazirlərinin görüş vaxtı məlum olub.

ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik bu barədə öz Twitter səhifəsində yazıb.

O bildirib ki, Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri arasında görüş 23-25 martda Haaqada Nüvə Təhlükəsizliyi Sammitində baş tutması gözlənilir.

 III nüvə təhlükəsizliyi sammiti martın 24-25-də Haaqada keçiriləcək. Azərbaycanın da iştirak edəcəyi sammitdə 5000 nümayəndənin, o cümlədən 58 ölkə liderinin iştirakı gözlənilir.

Azərbaycan prezidenti də sammitə dəvət edilib (ANS).