Xəbər lenti

Dollar ucuzlaşdı, avro bahalaşdı
Ekonomiks05:10 22.07.2015

Dollar ucuzlaşdı, avro bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən bahalaşıb. Avropanın vahid valyutası 1.1365-dən 1.1476-ya kimi yüksəlib. 
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində isə cüzi ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları dünən 1,0499 manat idi. Bu gün isə günə 1.0495-dən başlayıb. 
Rus rublunun məzənnəsində cuzi ucuzlaşma qeydə alınıb. Rubl 0,0185-dən 0.0184-ə kimi ucuzlaşıb. 
Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info