Xəbər lenti

Dollar yenə bahalaşdı
Ekonomiks05:22 02.07.2015

Dollar yenə bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, avronun məzənnəsi manata nəzərən ucuzlaşıb. Avropanın vahid valyutası 1,1679 AZN-dən 1,1612-ə qədər azalıb.
ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi isə avrodan fəqli olaraq bahalaşıb. Belə ki, 1 dollar 1,0485 AZN-dən 1.0489-a qədər yüksəlib. 
Rus rublunun məzənnəsində isə ucuzlaşma qeydə alınıb. Rubl 0,0190 AZN-dən 0.0188-ə qədər azalıb.
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info