Bu gün Azərbaycanın Supsa, Batumi və Ceyhan limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti 0,91 dollar yaxud 1,52% ucuzlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Hazırda “Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 58,88 dollara bərabərdir.
Azərbaycan neftinin qiyməti ötən həftənin sonunda 59,94, dünən isə 59,79 dollar/barel olub.
Qaynar.info