Xəbər lenti

İlham Əliyev başsağlığı verdi
Siyasət09:18 12.01.2014

İlham Əliyev başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Ariel Şaronun vəfatı ilə əlaqədar İsrail prezidenti Şimon Peresə başsağlığı verib.

Qaynar.info-nun məlumatına görə, başsağlığında deyilir: 

“İsrail Dövlətinin keçmiş baş naziri, görkəmli dövlət xadimi və siyasi xadim Ariel Şaronun vəfatı xəbəri məni dərindən kədərləndirdi. Bu ağır itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə və yaxınlarına, bütün İsrail xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm”.

Qeyd edək ki, İsrailin keçmiş naziri A. Şaron 2006-cı ildə insult keçirib, 8 il ərzində komada olub. O, yanvarın 11-də 86 yaşında dünyasını dəyişib.

Qaynar.info