Xəbər lenti

İlham Əliyev başsağlığı verdi
Siyasət13:40 22.11.2013

İlham Əliyev başsağlığı verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan prezidenti İlham Əliyev Latviya prezidenti Andris Berzinşə başsağlığı verib.

Qaynar.info-nun məlumatına görə, başsağlığı məktubunda deyilir: “Riqa şəhərindəki ticarət mərkəzinin dam örtüyünün çökməsi nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni son dərəcə kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Qaynar.info