Xəbər lenti

İlham Əliyev Ukraynaya getdi
Siyasət05:42 18.11.2013

İlham Əliyev Ukraynaya getdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Kiyevdə prezident və xanımını yüksək vəzifəli dövlət nümayəndələri qarşılayıb, duz-çörək təqdim ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 17-də Ukraynaya rəsmi səfərə gəlib.

Azərbaycanın və Ukraynanın dövlət bayraqlarının dalğalandığı Kiyevin Borispol hava limanında Prezident İlham Əliyevi və xanımı Mehriban Əliyevanı Ukraynanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşılayıblar.

Milli geyimli qızlar dövlətimizin başçısına duz-çörək təqdim ediblər.

Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya gül dəstələri təqdim olunub.

Qaynar.info