Xəbər lenti

Yadigar Sadıqovdan xəbər var
Siyasət16:34 10.11.2013

Yadigar Sadıqovdan xəbər var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Müsavat başqanının müşaviri, hazırda həbsdə olan Yadigar Sadıqov ötən gün ailə üzvləri ilə görüşüb. 

Bu barədə Qaynar.info-ya Yadigar Sadıqovun yaxınları məlumat veriblər. Onların sözlərinə görə, Y.Sadıqov məhkəmənin rəsmi razılığı əsasında ailə üzvləri ilə görüşüb. Onlar bildiriblər ki, Yadigar Sadıqovla görüşmək çətinləşib, bununla bağlı mütləq məhkəmənin rəsmi razılığı olmalıdır. 

Ailə üzvləri ilə görüşən Y.Sadıqov ötən məhkəmədə iştirak edən və onu dəstəkləyən bütün dostlarına, məsləkdaşlarına təşəkkür edib. 

Xatırladaq ki, Y.Sadıqov iyunun 27-də Lənkəran sakini Rəşid Kərimovun şikayəti əsasında şübhəli şəxs kimi həbs edilib. Kərimov bildirir ki, iyunun 25-də  Sadıqov onu döyüb. Yadigar Sadıqov isə bunun böhtan və siyasi sifariş olduğunu deyir. Kərimovun şikayəti əsasında Lənkəran rayon Polis İdarəsi Y. Sadıqovun barəsində Cinayət Məcəlləsinin 221.3 (silah və ya silah kimi istifadə edilən predmetdən istifadə ilə xuliqanlıq) maddəsi ilə cinayət işi açıb.

Qeyd edək ki, noyabrın 5-də, saat 15:30-da Yadigar Sadıqovun işi ilə bağlı Lənkəran Rayon Məhkəməsində hazırlıq iclası keçirilib. Növbəti məhkəmə isə noyabrın 12-si , saat 14:30-a təyin olunub. 

Qaynar.info