Xəbər lenti

Dollar yenidən ucuzlaşdı
Ekonomiks05:12 24.04.2015

Dollar yenidən ucuzlaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. Qaynar.info Mərkəzi Banka istinadən xəbər verir ki, dolların məzənnəsində ucuzlaşma qeydə alınıb. 1 ABŞ dolları 1,0506-dan 1.0502 AZN-ə düşüb.
Avronun məzənnəsində də dəyişiklik qeydə alınıb. Avropanın vahid valyutası 1.1252 AZN-dən 1.1267-yə qədər ucuzlaşıb.
Rusiya rublunun kursunda isə əksinə, bahalaşma müşahidə edilib. İndi 1 rublun dəyəri 0.0201-dən 0.0207 manata qədər artıb. 
Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi.
Qaynar.info