Xəbər lenti

Milli Şuranın mitinqinə icazə verildi
Siyasət10:43 10.10.2013

Milli Şuranın mitinqinə icazə verildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqlə bağlı müraciətinə müsbət cavab verib.

BŞİH-nın ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanovun APA-ya verdiyi məlumata görə, Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiya paytaxt rəhbərliyi ilə razılaşdırılıb.
 
Mitinq oktyabrın 12-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) saat 16.00-dan 18.00-dək keçiriləcək.

Qaynar.info