
Bu gün keçirilən İlqar Məmmədovun məhkəmə iclası təxirə salınıb.
Vəkil Xalid Bağırov prosesdə namizədin özünün- İlqar Məmmədovun iştirakının vacibliyi haqqında vəsatət qaldırıb.
Məhkəmə heyəti qısa müşavirədən sonra vəsatətin təmin edilməsi haqqında qərar verib və növbəti prosesin 27 sentyabr 15:00-a təyin edib. Sabah REAL Hərəkatının sədri İlqar Məmmədov məhkəmədə iştirak edəcək. Məhkəmə açıq olacaq, jurnalistlər və vətəndaşlar zalda prosesi izləyə biləcəklər. Məhkəmədə İlqar Məmmədovun çıxış edəcəyi gözlənilir.