Xəbər lenti

İctimai Palata buraxılır? - AÇIQLAMA
Siyasət13:56 08.05.2013

İctimai Palata buraxılır? - AÇIQLAMA

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün İctimai Palatanın (İP) Koordinasiya Şurasının (KŞ) iclası keçirilib. Qaynar.info xəbər verir ki, bu barədə APA-ya İP KŞ üzvü Pənah Hüseyn məlumat verib.
 
P. Hüseyn bildirib ki, iclasda ölkədəki ictimai-siyasi hadisələrlə yanaşı, Milli Şuranın elan olunacağı təqdirdə İP-in fəaliyyətinin dayandırılması ilə bağlı mətbuatda yayılan informasiyalar müzakirə olunub və bu informasiyaların həqiqətə uyğun olmadığı bəyan edilib.
 
P. Hüseynin sözlərinə görə, İctimai Palatanın fəaliyyəti dayandırıla bilər, lakin hazırda belə bir məsələ gündəmdə deyil: “İctimai Palatanın fəaliyyətini yalnız sessiyanın dayandırmaq səlahiyyəti var”.

Qaynar.info