Xəbər lenti

ABŞ Konqresmenindən Xocalı -BƏYANATI
Siyasət05:20 27.04.2013

ABŞ Konqresmenindən Xocalı -BƏYANATI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Aprelin 25-də ABŞ Konqresində Quam adasını təmsil edən nümayəndə Madelein Bordallo 20 Yanvar və Xocalı faciələri ilə bağlı bəyanatla çıxış edib.

Azərbaycanın ABŞ-dakı səfirliyindən Trend-ə verilən məlumata görə, Bordallo 20 Yanvar hadisələrinin Azərbaycan xalqının azadlıq mücadiləsini daha da gücləndirdiyini və nəhayət bu proseslərin müstəqil Azərbaycan dövlətinin yaranması ilə nəticələndiyini bildirib. Madelein Bordallo bu gün Azərbaycanın dinamik inkişaf edən bir ölkə olduğunu deyib və ərazisində heç bir xarici hərbi birləşmənin olmadığını xüsusi vurğulayıb.

Xocalı faciəsinə toxunan Madelein Bordallo Azərbaycanın Dağlıq Qarabağ regionunda baş verən bu faciənin Ermənistan-Azərbaycan münaqişəsində etnik azərbaycanlıların məruz qaldığı ən böyük qırğın olaraq səciyyələndirib.

Eyni zamanda, Bordallo dünyanın çox strateji əhəmiyyətli bir bölgəsində Azərbaycanın ABŞ-ın güclü müttəfiqi olduğunu bildirib.

Qaynar.info