Xəbər lenti

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı
Siyasət07:04 21.03.2013

AŞPA-nın yaz sessiyasının gündəliyi açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yaz sessiyası aprelin 22-26-da Strasburqda keçiriləcək.

APA-nın məlumatına görə, ilkin gündəliyinə əsasən, sessiyada Azərbaycanla bağlı məsələlərin müzakirəsi nəzərdə tutulmur.

 Gündəliyə Ermənistanda keçirilmiş prezident seçkiləri, Türkiyə ilə postmonitorinq dialoqu, gənclərin fundamental hüquqlar əldə etməsi və s. məsələlər daxil edilib.

Sessiya çərçivəsində Avropa Şurasının insan haqları üzrə komissarının öz fəaliyyəti haqqında illik hesabatını təqdim etməsi, Almaniya prezidenti və Gürcüstan baş nazirinin çıxışları nəzərdə tutulur. 

Qaynar.info