Xəbər lenti

Mirqədirovun həbs müddəti uzadıldı
Ölkə12:35 15.07.2014

Mirqədirovun həbs müddəti uzadıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində seçilmiş həb-qətimkan tədbirinin müddəti uzadılıb.

Vəkil Elmar Süleymanovun APA-ya verdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsində istintaq orqanın R. Mirqədirovun həbs müddətinin uzadılması barəsində verdiyi təqdimata baxılıb. 

Məhkəmə R. Mirqədirovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin daha 4 ay uzadılması barədə qərar qəbul edib. 

Qeyd edək ki, bundan əvvəl R. Mirqədirov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdi. 

R. Mirqədirov bu il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. 

O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. 

Qaynar.info