Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə08:18 02.07.2014

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya daxil olan məlumata görə, havanın temperaturunun gecə 20-24, gündüz 29-34 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 763 mm civə sütunundan 757 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək. 

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə 22-23, Zağulba, Mərdəkan, Şüvəlan, Buzovnada 23-24, Türkan, Hövsan, Şıx, Sahildə 24-25 dərəcə isti təşkil edəcək. 

Azərbaycanın rayonlarında sabah əsasən gecə və axşam bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Arabir güclənən şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 20-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacağı gözlənilir.

Qaynar.info