
Xəzərdə zəlzələ baş verib.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, bu gün yerli vaxtla 12:01-də Xəzər dənizində zəlzələ qeydə alınıb.
Təkanların maqnitudası 3,2 gücündə olub və 59 km dərinlikdə baş verib.
Qeyd edək ki, zəlzələ hiss olunmayıb.
Qaynar.info