
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup elm-mədəniyyə adamına Dövlət Mükafatının verilməsi barədə Sərəncam imzalayıb.
Qaynar.info Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, sərəncama əsasən aşağıdakı şəxslər Dövlət Mükafatına layiq görülüb:
Elm sahəsi üzrə
Tofiq Murtuza oğlu Nağıyev – “Hidrogen peroksidlə koherent-sinxronlaşmış oksidləşmə reaksiyaları” (ingilis dilində, Amsterdam) monoqrafiyasına görə
Mədəniyyət sahəsi üzrə
Oqtay Seyid Hüseyn oğlu Sadıxzadə – Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə
Ramiz Eyyub oğlu Quliyev – konsert-ifaçılıq fəaliyyətinə görə
Ədəbiyyat sahəsi üzrə
Elmira Hüseyn qızı Axundova – “Heydər Əliyev. Şəxsiyyət və zaman” altı cildlik sənədli-bioqrafik kitabına görə.
Qaynar.info