
Həftənin ilk iş günü tempratur yüksək olsa da, hava dəyişkən buludlu keçəcək
Sabah - həftənin ilk iş günü Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq.
ANS PRESS-in Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə istinadən verdiyi məlumata görə, aprelin 21-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu, keçəcəyi, arabir tutulacağı, əsasən gecə və səhər bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Temperatur gecə gecə 11-13, gündüz 20-22 dərəcə isti olacaq.
Azərbaycanın bölgələrində aprelin 21-də hava nisbətən yağmırlı keçəcək, arabir şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Aran rayonlarında havanın temperaturu gecə 8-13, gündüz 20-25, dağlıq ərazilərdə gecə 7-12, gündüz 13-18 dərəcə isti təşkil edəcək.
Qaynar.info