Xəbər lenti

Ramil Usubovdan yeni təyinat
Ölkə08:50 07.02.2014

Ramil Usubovdan yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Daxili işlər naziri Ramil Usubov Neftçalaya yeni rəis təyin edib.

Ans press-in məlumatına görə, Neftçala rayonuna yeni rəis vəzivəsinə polis polkovniki Əli İbrahimov təyin edilib.

Polis polkovniki Əli İbrahimov uzun müddətdir Daxili İşlər Orqanlarında çalışır. O, bu vəzifədə Rza Hacıyevi əvəz edib.

Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiqləyib.

Xatırladaq ki, bundan öncə də Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinin rəisi polkovnik-leytenant Qambay Zeynalov yaşı ilə əlaqədar təqaüdə göndərilib. Nazirliyin Təchizat İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, onun yerinə Elçin Həsənov yeni vəzifəyə təyin olunub.
Elçin Həsənov bundan əvvəl Daxili İşlər Nazirliyində Mətbəə Xidmətinin rəisi vəzifəsində işləyib.

Qaynar.info