Xəbər lenti

Sabah qar yağacaq
Ölkə11:27 03.12.2013

Sabah qar yağacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakı və Abşeron yarımadasında dekabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, şimal-qərb küləyinin gündüz mülayimləşəcəyi gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, havanın temperaturu gecə 0-2, gündüz 6-8 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında dekabrın 3-dən 4-nə keçən gecə bəzi yerlərlə hava şəraitinin yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir.
 
Şimal-qərb küləyi gündüz mülayimləşəcək. Havanın temperaturunun gecə 0-5, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.

Qaynar.info