
Bu gün Azərbaycanda bir neçə rayonun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
“Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Qaynar.info-ya verilən məlumata görə, təmir işləri ilə əlaqədar noyabrın 21-də saat 09:00-dan 18:00-dək Astara şəhəri daxil olmaqla rayonun bir hissəsinə, saat 11:00-dan 12:00-dək Sabunçu rayonunun bir hissəsinə, saat 12:00-dan 14:00-dək Qaradağ rayonunun bir hissəsinə, saat 14:00-dan 15:00-dək Xəzər rayonunun bir hissəsinə, saat 16:00-dan 18:00-dək isə Şirvan rayonunun bir hissəsinə təbii qaz verilişində fasilələr yaranacaq.
Qaynar.info