Respublika ərazisində 21 dərəcəyədək isti gözlənilir
Bu gün havanın gündüz yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən ANS PRESS-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 8-12, gündüz 17-21 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında noyabrın 13-də bəzi yerlərdə yağış yağacağı, səhər ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 6-11, gündüz 16-21, dağlarda gecə 0-5, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.