Xəbər lenti

Bir neçə rayonda qaz olmayacaq
Ölkə08:49 30.08.2013

Bir neçə rayonda qaz olmayacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Qaz təsərrüfatının payız-qış mövsümünə hazır olması məqsədilə aparılan təmir işləri ilə əlaqədar avqustun 30-da saat 18:00-dək bir sıra rayonları təbii qazla təmin edən qazpaylayıcı stansiyalar və ölçü qovşaqlarından qaz təchizatı dayandırılacaq.
 
Azərbaycan Dövlət Neft Şirkətinin «Azəriqaz» İstehsalat Birliyindən «APA-Economics»ə verilən məlumata görə, təmir işləri aparılan müddətdə Tovuz, Quba, İsmayıllı, Qusar, Qazax, Zaqatala, Saatlı, Bərdə, Göyçay, Xaçmaz, Ağstafa, Siyəzən, Füzuli, Abşeron rayonlarının bir sıra  yaşayış məntəqələri ilə yanaşı, Bakı şəhəri Xəzər rayonunun Mərdəkan qəsəbəsinin bir hissəsi, Suraxanı rayonunun Yeni Günəşli, Əmircan, Suraxanı, Zıg və Qaraçuxur qəsəbələri, Sabunçu rayonunun Kürdəxanı, Pirşağı, 2-ci sovxoz yaşayış sahəsi, Ləhiş bağları və Nardaran qəsəbəsinə təbii qazın verilməsində fasilələr yaranacaq.

Qaynar.info