
Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 25-30 dərəcə isti təşkil edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Qaynar.info-ya verilən məlumata görə, avqustun 8-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, arabir tutulacağı gözlənilir. Bəzi yerlərdə yağış yağacağı ehtimal edilir.
Azərbaycanın rayonlarına gəlincə, şimal rayonlarından başlayaraq şimşək çaxacağı, arabir yağış gözlənilir. Aran rayonlarında gecə 18-23, gündüz 27-32, dağlarda isə gecə 8-13, gündüz 18-23 dərəcə isti olacaq.