
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu bu gün Azərbaycana səfərə gəlir.
APA-nın diplomatik mənbələrdən aldığı məlumata görə, Əhməd Davudoğlunun Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşü planlaşdırılır. XİN başçısı Bakıda digər rəsmi şəxslərlə də görüşlər keçirəcək.
Səfər sabah başa çatacaq.
Qaynar.info