Xəbər lenti

Bakıda yanğın: xəsarət alan var
Ölkə05:41 22.06.2013

Bakıda yanğın: xəsarət alan var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Binəqədi  rayonunda yanğın hadisəsi baş verib.

Qaynar.info Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, Bakı şəhəri, Binəqədi rayonunda dəmiryol xəttinin ərazisində vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan taxta konstruksiyalardan ibarət 2 otaqlı tikilinin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı ev sahibinin bacısı əl-üz nahiyəsindən yüngül yanıq xəsarətləri alıb və təcili yardım tərəfindən ona ilkin tibbi yardım göstərilib.

Dəmir yol xəttində təmirə dayanmış 9 ədəd 60 tonluq neft məhsulları daşıyan boş çənlər yanğından mühafizə olunub.