Xəbər lenti

Rüstəm İbrahimbəyov Bakıya qayıdır
Ölkə06:26 06.04.2013

Rüstəm İbrahimbəyov Bakıya qayıdır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan Ziyalılar Forumunun lideri, kinodramaturq Rüstəm İbrahimbəyovun yaxın günlərdə Bakıya qayıdacağı haqda məlumatlar yayılıb. 

Mətbuatda fəaliyyəti dayandırılmış ABU-nun keçmiş rektoru Elşad Abdullayevin sözçüsü kimi tanınan bloger Elnur Məcidli facebook səhifəsində status yazaraq Rüstəm İbrahimbəyovun iki gündən sonra Bakıya qayıdacağını bildirib: “Rüstəm İbrahimbəyov təsisçisi olduğunu qurumları qorumaq üçün iki günə Bakıya dönür”.

Məsələsi dəqiqləşdirmək üçün Ziyalılar Forumunun və “EL” hərəkatının üzvü Eldəniz Quliyevlə əlaqə saxladıq. E.Quliyev Rüstəm İbrahimbəyovun Bakıya qayıdacağını desə də bunun nə zaman baş tutacağından məlumatsız olduğunu bildirib: “Rüstəm bəylə ən son mən əlaqə saxlamışam. Dünən bizim telefon danışığımız olub. Yəqin ki, iki günə Bakıya gələrsə bizim məlumatımız olardı. Təbii ki, Rüstəm bəy Bakıya dönəcək”. 

E.Quliyev daha sonra Ziyalılar Forumunun növbəti iclasının vaxtını açıqlayıb: “İnşallah gələn həftənin çərşənbə günü Ziyalılar Forumunun böyük iclası keçiriləcək”./modern.az/