Həftənin ilk iş günü Bakıda hava yağmurlu olacaq. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında martın 18-də hava dəyişkən buludlu olacaq, gecə və axşam yağış yağacaq.
Bakıda gecə 6-8° isti, gündüz 12-14° isti olacaq. Nisbi rütubət gecə 80-90 faiz təşkil edəcək.