Ötən gün Gəncədə zəlzələ baş verib. Qaynar.info Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin yerli vaxtla saat 17:27-də şəhərdən 30 km cənubda, Gəncə ərazisində qeydə alındığı bildirilib.
Yeraltı təkanın maqnitudası 3.0, dərinliyi 10 km olub. Zəlzələ hiss olunmayıb.
Xatırladaq ki, bundan əvvəl martın 2-də Gəncə ərazisində zəlzələ qeydə alınmışdı. 3.7 bal gücündə olan həmin zəlzələ də hiss olunmamışdı.
Ölkəmizdə son zəlzələ isə iyunun 30-da Xəzər dənizinin Azərbaycan sektorunda qeydə alınmışdı. Həmin zəlzələ də 3 bal gücündə olmuşdu.
Qaynar.info