Xəbər lenti

İnterpol daha bir azərbaycanlını axtarışa verdi
Ölkə19:17 20.10.2017

İnterpol daha bir azərbaycanlını axtarışa verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanda mənimsəmədə təqsirləndirilən daha bir şəxs beynəlxalq axtarışa verilib.

"Qaynarinfo"nun  Trend-ə istinadən məlumatına görə, 1976-cı il təvəllüdlü Nizami Bayramov mənimsəmədə ittiham olunub.

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən N.Bayramov barəsində cinayət işi başlanılıb. Təqsirləndirilən şəxs istintaqdan yayınıb.

Azərbaycanın məhkəmə orqanı tərəfindən N.Bayramov haqqında həbs qətimkan tədbiri seçilib və onun saxlanılaraq istintaqa təhvil verilməsi barədə qərar çıxarılıb. İnterpol həmin qərar əsasında N.Bayramov barəsində beynəlxalq axtarış elan edib.

Qaynarinfo.Az