Xəbər lenti

Nazirdən yeni təyinat
Ölkə10:06 04.04.2018

Nazirdən yeni təyinat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mərkəzi Neftçilər Xəstəxanasına yeni baş həkim təyin olunub.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, bununla bağlı səhiyyə naziri Oqtay Şirəliyev müvafiq əmr imzalayıb.
Əmrə əsasən, bu vəzifəyə xəstəxananın Poliklinika şöbəsinin müdiri Hüseyn Şahmalıyev təyin edilib.
Qeyd edək ki, bundan öncə H.Şahmalıyev həmin vəzifəni müvəqqəti olaraq icra edirdi.
Xatırladaq ki, bir müddət əvvəl Mərkəzi Neftçilər Xəstəxanasının baş həkimi İsmayıl Mirzəliyev işdən çıxarılaraq Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Angiologiya şöbəsinin rəhbəri vəzifəsinə təyin olunmuşdu.