Xəbər lenti

Sabahın hava proqnozu
Ölkə09:10 05.04.2018

Sabahın hava proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15,  Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacağı gözlənilir. 
Atmosfer  təzyiqi normadan yüksək 767 mm civə sütunu, nisbi rütubət  gecə 70-80, gündüz 55-65 faiz  təşkil edəcək. 
Azərbaycanın rayonlarında aprelin 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. 
Havanın temperaturunun gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.