Xəbər lenti

Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı
Ölkə15:05 24.12.2018

Bakı-Sumqayıt qatarının hərəkətində problem yarandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb.
Azvision.az -ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, saat 18:30-da yola çıxmalı olan qatar texniki səbəblərdən hərəkət etməyib. 
"Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Sevinc Qədimova bildirib ki, sistemdə problem olub. 
"Həmin saatda iki qatar yola çıxır. Sistemdə problem olduğu üçün qatarlar bir-birinin hərəkətini görə bilməyib. Nəticədə yubanma olub. Problem aradan qaldırılıb. Qatar artıq xəttə buraxılıb, yoldadır".