Xəbər lenti

Sabah hava necə olacaq?
Ölkə09:52 28.12.2018

Sabah hava necə olacaq?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Sabah ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, dekabrın 29-da hava şəraitinin arabir yağıntılı, gündüz dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Mülayim şimal-qərb küləyi gündüz cənub küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 3-5, gündüz 6-8 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu təşkil edəcək, nisbi rütubət 80-90 gecə, gündüz 60-65 faiz olacaq.
Azərbaycanın rayonlarında dekabrın 29-da bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir, gündüz əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 0-4, gündüz 6-10 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3-5 dərəcə isti təşkil edəcək.