Xəbər lenti

Sabahın hava proqnozu
Ölkə09:07 27.04.2019

Sabahın hava proqnozu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb. 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Qaynarinfo-ya verilən məlumata görə, aprelin 28-də Bakıda və Abşeron yarımadasında havanın az buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Cənub küləyi arabir güclənəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 11-14, gündüz 17-21, Bakıda gecə 12-14, gündüz 18-21 dərəcə isti təşkil edəcək. 
Atmosfer təzyiqi 765 mm civə sütunundan 759 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 40-50 % olacaq.
Azərbaycanın rayonlarında isə hava, əsasən, yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi dağətəyi rayonlarda şimşək çaxacağı, lokal qısamüddətli yağış yağacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 7-12° isti, gündüz 21-26° isti, dağlarda gecə 2-7° isti, gündüz 9-14° isti təşkil edəcək.