Xəbər lenti

Milli Şura mitinq keçirməkdən imtina etdi (YENİLƏNİB)
Siyasət14:17 26.09.2019

Milli Şura mitinq keçirməkdən imtina etdi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin icazə verdiyi yerdə mitinq keçirməkdən imtina edib.
Qaynarinfo xəbər verir ki, bu barədə AXCP sədri Əli Kərimli məlumat yayıb:
"Bakı Şəhər İcra Hakimiyyəti 28 sentyabr mitinqinə Qaradağ rayonu, Lökbatan qəsəbəsində razılıq verib. Həm Milli Şurada, həm də AXCP Rəyasət Heyətində bu variantı əvvəlcədən müzakirə etmişdik. Lökbatanda və ya şəhərdən kənar hər hansı qəsəbədə mitinq keçirməyəcəyik".
BŞİH-in qərarında qeyd olunub ki, mitinq təşkilatçılarının təklif etdiyi "Nəriman Nərimanov” metrostansiyasının qarşısındakı parkda toplanmaq ictimai təhlükəsizliyin təmin edilməsi baxımından mümkün deyil: "Sizin mitinq keçirilməsi üçün qeyd etdiyiniz ərazilərin nəqliyyat vasitələrinin intensiv hərəkət etdiyi, həmçinin əhalinin daha sıx fəaliyyətdə olduğu metro çıxışları yaxınlığında olması toplantıda iştirak etməyən digər insanların sərbəst hərəkətinə problem yaradacağı, eyni zamanda həmin ərazilərdəki ticarət-iaşə, xidmət obyektlərinin iş ahənginə ciddi maneələr törədəcəyinə görə təhlükəsizliyin təmin edilməsində çətinlik yaradacaq”.
17.30
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mitinqlə bağlı müraciətini cavablandırıb.
Qaynarinfo xəbər verir ki, BŞİH-də müraciətə baxılıb və mitinqin sentyabrın 28-də saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsində, Neftçi İdman Klubunun Qaradağ təlim-idman bazasında keçirilməsinə razılıq verilib.