Xəbər lenti

Azərbaycanda bu məhsullar bahalaşdı
Ekonomiks18:15 25.10.2019

Azərbaycanda bu məhsullar bahalaşdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda qızıl və gümüş bahalaşıb.
Qaynarinfo trend-ə istinadən məlumatına görə, oktyabrın 25-də qızılın qiyməti oktyabrın 24-ü ilə müqayisədə 17,5185 manat artaraq 1 unsiya üçün 2555,2445 manat təşkil edib.
Gümüş 0,4959 manat bahalaşaraq 1 unsiya üçün 30,3522 manata bərabər olub.
Platinin qiyməti 5,9075 manat artaraq 1575,6195 manat, palladiumun qiyməti 56,3975 manat artaraq 3034,891 manat təşkil edib.
Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.