Xəbər lenti

81 yaşlı deputat yenidən namizəd olmağı istisna etmir: “Hələ yorulmamışıq”
Siyasət15:56 01.12.2019

81 yaşlı deputat yenidən namizəd olmağı istisna etmir: “Hələ yorulmamışıq”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Milli Məclisin ən yaşlı deputatlarından olan Regional məsələlər komitəsinin sədr müavini, Azərbaycan Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov növbədənkənar parlament seçkilərində namizəd olacağını istisna etməyib.
Qaynarinfo xəbər verir ki, F.Heydərov Etikxeber.az-in növbədənkənar parlament seçkilərində yenidən iştirak edib-etməyəcəyi barədə sualına cavab verərəkən "hələ yorulmamışıq” deyib. Bununla yanaşı F.Heydərov bu məsələdə tələsməyə luzum  görməyib: "Tələsik fikir söyləməyə də ehtiyac yoxdur”.
Qeyd edək ki, F. Heydərov 1995-ci ildən bu yana - 5 çağırışdır Milli Məclisdə təmsil olunur. O, parlamentdə Qəbələ rayonunu təmsil edir. 1938-ci il təvəllüdlü F.Heydərovun 81 yaşı var. O, Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun atasıdır.