Xəbər lenti

Bakıda sərnişin avtobusu yandı
Ölkə18:23 29.02.2020

Bakıda sərnişin avtobusu yandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Nəsimi rayonunun Azadlıq prospektində metronun "28 May” stansiyasının yaxınlığında "BakuBus” MMC-yə məxsus sərnişin avtobusunda yanğın baş verib. 
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, 88 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus hərəkətdə olarkən mühərrik hissəsi qəfil alovlanıb.
Sürücünün peşəkar davranışı nəticəsində yanğının genişlənməsinin qarşısı alınıb. Hadisə nəticəsində sərnişinlərə hər hansı bir zərər dəyməyib və xəsarət alan olmayıb.
Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə bölmələrinin əməkdaşları cəlb edilib, alovun söndürülməsi istiqamətində tədbirlər həyata keçirilir.