Xəbər lenti

Azərbaycanda son 24 saatda koronavirusa yoluxan və sağalanların sayı açıqlandı
Ölkə13:05 16.04.2020

Azərbaycanda son 24 saatda koronavirusa yoluxan və sağalanların sayı açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda 30 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb
Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, 56 nəfər müalicə olunaraq sağalmış və evə buraxılıb.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib. Onlardan 1946-cı il təvəllüdlü şəxsin xronik ürək çatışmazlığı, 1961-cı il təvəllüdlü digər şəxsin isə limfoleykoz xəstəliyi olub.
Hazırkı dövrədək ölkəmizdə 1283 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 460 nəfəri müalicə olunaraq sağalmış, 15 nəfər vəfat etmiş, 808 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 28 nəfərin vəziyyəti ağır, 33 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.