
Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi komandanlığın nümayəndələri ondan xahiş etdikdən sonra Azərbaycanla sülh imzalamaq qərarını verdiyini bildirib.
Qaynarinfo xəbər verir ki, onun sözlərinə görə, ondan hərbçilər dayanmağı xahiş ediblər. Xüsusilə ehtiyat qüvvələrin səfərbər olunmayıla bağlı problemlər olub.
Xatırladaq ki, bundan bir qədər əvvəl Arayik Harutyunyan Şuşa üzərində nəzarətin 7 noyabrda itirildiyini bildirib. Onun sözlərinə görə, müharibənin davam etməsi qaçılmaz olaraq "Artsax"ın ləğvinə səbəb olardı.
Önümüzdəki 5 il üçün bölgənin təhlükəsizliyi rus sülhməramlıları tərəfindən təmin ediləcək. Bu müddətdən sonra Azərbaycan onların xidmətlərindən imtina edə bilər. Sülhməramlılar prosesində Türkiyə hərbçiləri də iştirak edəcək.
Alpər