Xəbər lenti

2021-ci ilin ilk Ay tutulması baş verdi (YENİLƏNİB)
Ölkə13:04 26.05.2021

2021-ci ilin ilk Ay tutulması baş verdi (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2021-ci ilin ilk Ay tutulması hadisəsi başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, ay tutulması 3 saat 8 dəqiqə davam edib. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olub.
Ay tutulması Azərbaycanda müşahidə olunmayıb.
13.50
2021-ci ilin ilk Ay tutulması hadisəsi başlayıb.
Qaynarinfo-nun məlumatına görə, tutulma tam Ay tutulmasıdır. Tutulma hadisəsi 3 saat 8 dəqiqə davam edəcək. Belə ki, saat 13:44:57-də başlayan Ay tutulması saat 16:52:23-də sona çatacaq. Tutulmanın maksimumu saat 15:18:42-də olacaq. Bu təbiət hadisəsini Şərqi Asiya, Avstraliya, Amerika və Sakit okeanda müşahidə etmək mümkün olacaq.
Qeyd edək ki, tutulma vaxtı Ay üfüqdən aşağıda olduğuna görə hadisə Azərbaycanda müşahidə olunmayacaq.