Xəbər lenti

Bu yolda hərəkət məhdudlaşdırılacaq
Ölkə14:56 26.03.2021

Bu yolda hərəkət məhdudlaşdırılacaq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
27 mart tarixində hava limanı yolu üzərində yerləşən Sabunçu yol qovşağının Zabrat qəsəbəsi istiqamətində düşən hissəsində təmir işləri aparılacaq.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Qaynarinfo-ya verilən məlumata görə, bu üzdən sözügedən yol ötürücüsü üzərində hərəkət təmir aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşaraq qeyd edilən ərazidə hərəkətdə olarkən yol hərəkəti qaydalarına və müvəqqəti quraşdırılmış yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.