Xəbər lenti

Tanınmış professor vəfat etdi
Ölkə06:09 17.08.2021

Tanınmış professor vəfat etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) professoru Zahid Məmmədov vəfat edib.
Qaynarinfo "Report”a istinadən xəbər verir ki, Z.Məmmədov 90 yaşında dünyasını dəyişib.
O, universitetin "Humanitar fənlər” kafedrasında məsləhətçi-professor vəzifəsində çalışırdı.
Qeyd edək ki, 1931-ci il oktyabrın 31-də Füzuli rayonunun Cuvarlı kəndində anadan olub.
Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 24 aprel tarixli 1430 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının "Əməkdar müəllim fəxri adı” verilib. Təhsil Nazirliyinin 02 noyabr 2006-cı il tarixli əmri ilə "Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif edilib.