Amerikalı aktrisa, müğənni və rəqqasə Ceyn Pauell vəfat edib.
Qaynarinfo xəbər verir ki, müğənni və rəqqasə 92 yaşında dünyasını dəyişib. Onun sentyabrın 16-da Uilton şəhərindəki evində öldüyü bildirilir.
Aktrisanın ölümü ilə bağlı əlavə məlumat verilmir.
Aktrisa "Yeddi qardaş üçün yeddi gəlin", "Kral toyu", "Meksikada bayram" kimi filmlərə çəkilib.
Xəyal