"İran ilə Azərbaycan arasındakı münasibətlərin əsasını dərin tarixi köklər təşkil edir".
Qaynarinfo xəbər verir ki , bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianla birgə keçirdiyi mətbuat konfransında deyib.
"Son aylar ərzində biz beynəlxalq tədbirlərdə 3 dəfə görüşmüşük. Bu görüşlərin əsas məğzi ölkələrimiz arasındakı münasibətlərin irəli aparılmasından ibarətdir", - nazir vurğulayıb.
C.Bayramov qeyd edib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkələr arasında bir sıra sənədlər imzalanıb: "2021-ci ilin 10 ayı ərzində qarşılıqlı ticarət dövriyyəsində 23,6 faiz artım olub”.