Rusiyanın Xalq artisti Leonid Kuravlev vəfat edib.
Qaynarinfo xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Kinematoqrafçılar İtitfaqından xəbəri təsdiqləyiblər. Qeyd olunur ki, o, 86 yaşında dünyasını dəyişib.
Daha əvvəl xəbər verilmişdi ki, aktyor pnevmoniya diaqnozu ilə Kommunarkadakı 40 saylı şəhər klinik xəstəxanasına yerləşdirilib. Onda COVID-19-un olması təsdiqlənməyib.