Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 142 yeni yoluxma faktı qeydə alınıb, 243 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qaynarinfo-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 9 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 790 962 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 779 828 nəfər müalicə olunaraq sağalıb, 9 627 nəfər vəfat edib. 1 507 nəfər aktiv xəstə sayını təşkil edib.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 5 454, bu günə qədər isə ümumilikdə 6 640 773 test icra olunub.
Koronavirus (COVID-19) əleyhinə 22 591 vaksin vurulub.
Gün ərzində birinci doza vaksinlərin sayı 1 152, ikinci doza vaksinlərin sayı 1 847 təşkil edib.
Ölkədə üç və daha çox doza vaksinlərin sayına gəlincə, bu göstərici 18 460-dir. Pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı 1 132 olub.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 13 286 364, birinci doza peyvəndlərin ümumi sayı 5 315 399, ikinci doza vaksinlərin sayı 4 805 594 təşkil edib. Üç və daha çox doza vaksinlərin sayı 2 945 147, pozitiv nəticədən sonra "buster” doza vaksinlərin sayı isə 220 224 olub.