Boradigahı sel aparır, FHN isə... (VİDEO)Son günlər Azərbaycanda yağan aramsız yağıntılar cənub bölgəsində ciddi fəsadlara yol açıb.
Masallı sakinlərinin Qaynarinfo-ya verdiyi məlumata görə, yağıntılar rayonun bir sıra kəndlərində sellə nəticələnib.
Ən çox zərər görən rayonun Boradigah qəsəbəsidir.
Qəsəbədə xeyli sayda evi su basıb. Sakinlər evlərindən çölə çıxa bilmirlər.
Fövqəladə Hallar Nazirliyinin də əməkdaşları hadisə yerində gözə dəymir. Nəticədə insanlar selin fəsadlarını özləri çətinliklə də olsa, aradan qaldırmağa çalışır.
Əhməd
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=6021" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">
<iframe width="640" height="360" src="//player.qaynarinfo.az/?v=6022" frameborder="0" allow="autoplay; encrypted-media" allowfullscreen="" seamless="">